Gündə 3 min qazanır, ayda 30 min? Hesab qarışdı

26.01.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilənin günlük və aylıq qazancı ilə bağlı açıqlaması diqqət çəkib.

Kult.az xəbər verir ki, Milli.az “Öz aramızda” verilişinin qonağı olan müğənninin qazancı barəsində danışmasını yazıb.

O bildirib ki, toylara az dəvət olunur, əsas gəliri kabinet, klublarda çıxışlarından əldə edir:

“Mən “kabinet” deyilən məkanlarda oxuyuram. Hara çağırırlar, gedib ifa edirəm. Toy dəvəti gözləyə bilmərəm. Ayda 25-30 min manat qazanıram. Gündəlik qazancım 2-3 min manat olur”.

Qeyd edək ki, ayda 25-30 min qazanc günlük 800-100 manat civarında gəlir deməkdir. Müğənni günlük 2-3 min qazandığını bildirirsə, onda aylıq gəliri 60-90 min civarında olmalıdır. Hesabın “qarışması” müzakirələrə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью