Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yumurta uzun illərdir xolesterinlə əlaqələndirilərək zərərli qida kimi təqdim olunub. Bu səbəbdən bir çox insan onu gündəlik rasionuna daxil etməkdən çəkinib. Lakin son elmi araşdırmalar bu yanaşmanın böyük ölçüdə mif olduğunu göstərir. Ekspertlərin sözlərinə görə, yumurta insan orqanizmi üçün vacib olan bir çox vitamin və qida maddəsini özündə birləşdirir.
Demokrat.az xəbər verir ki, qidalanma üzrə ekspertlər bildirirlər ki, yumurta digər protein mənbələrindən fərqli xüsusiyyətlərə malikdir. Ət və balıq əsasən əzələ toxumasından ibarət olduğu halda, yumurta təkbaşına yeni bir canlı formalaşdıracaq bütün bioloji “tikinti materiallarını” ehtiva edir. Bu xüsusiyyət onu bioloji dəyəri ən yüksək qidalardan birinə çevirir.
Aparılan qiymətləndirmələrə əsasən, yumurtadakı protein orqanizm tərəfindən ən yüksək səviyyədə mənimsənilən protein növlərindən sayılır. Bu zülal hüceyrələrin bərpasında, ferment və hormonların sintezində mühüm rol oynayır.
Yumurtanın sarısında olan faydalı yağların verdiyi enerjinin təxminən 65 faizi birbaşa yanacaq kimi istifadə olunur. Ekspertlər bu xüsusiyyətinə görə yumurtanı bəzi hallarda hətta ətdən də daha faydalı qida hesab edirlər.
Yumurtanın diqqətçəkən üstünlüklərindən biri də immun sisteminə təsiridir. Yumurta ağında olan antimikrob zülallar zərərli bakteriyalara qarşı təbii qoruyucu mexanizm yaradır.
Bununla yanaşı, yumurta əzələ inkişafı üçün vacib olan lösin də daxil olmaqla bütün əsas amin turşularını, həmçinin kolin, B12, folat və biotin kimi mühüm vitaminləri ehtiva edir. Kolin qaraciyər sağlamlığı, yağ mübadiləsi və DNT-nin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Yumurta göz və beyin sağlamlığına da müsbət təsir göstərir. Tərkibindəki lutein və zeaksantin antioksidantları retina hüceyrələrini mavi işıq və ultrabənövşəyi şüalardan qoruyur. Eyni zamanda yaddaş, öyrənmə və diqqət qabiliyyətini dəstəkləyir.
Ekspertlər qeyd edirlər ki, yumurta K2 vitamini ilə sümük və damar sağlamlığına, A və D vitaminləri ilə isə immun sisteminin güclənməsinə töhfə verir. Daha yüksək fayda əldə etmək üçün sərbəst otlaqda yetişdirilmiş və ya orqanik yumurtalara üstünlük verilməsi tövsiyə olunur. Onu roka, soğan, pomidor və avokado kimi tərəvəzlərlə birlikdə istehlak etmək isə vitamin və antioksidant təsiri daha da artırır.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, qidalanma üzrə ekspertlər bildirirlər ki, yumurta digər protein mənbələrindən fərqli xüsusiyyətlərə malikdir. Ət və balıq əsasən əzələ toxumasından ibarət olduğu halda, yumurta təkbaşına yeni bir canlı formalaşdıracaq bütün bioloji “tikinti materiallarını” ehtiva edir. Bu xüsusiyyət onu bioloji dəyəri ən yüksək qidalardan birinə çevirir.