Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
Əks göstəriş olmadığı təqdirdə, gündə 10-16 badam fındığı yemək faydalıdır.
Medicina.az xəbər verir ki, dosent Aleksandr Sozıkinin sözlərinə görə, badam vacib amin turşuları, zülal, tək doymamış yağ turşuları (Omeqa-3), lif, E, B2, B7, B9, B12 vitaminləri və digərləri, kalium, kalsium, xrom, manqan mis, maqnezium, maqnezium mənbəyidir.
Sozıkin qeyd edib ki, antioksidant mənbəyi olan badam qanda xolesterolun yığılmasının və aterosklerotik tıxanmaların əmələ gəlməsinin qarşısını alır. Onun gündəlik qəbulu qan təzyiqinin aşağı düşməsinə imkan verir.
Bu qozun digər faydalı xüsusiyyəti qan qlükoza balansına müsbət təsiridir. Bioloq Sozıkin bildirib ki, badam qan şəkərini aşağı salmaq üçün məhsul kimi istifadə edilə bilər.
"Badam qan şəkəri səviyyəsini aşağı salmaq üçün məhsul kimi istifadə edilə bilər, çünki onlar maqnezium mənbəyidir... badam insulin müqavimətinin inkişafının qarşısını almağa imkan verir, xüsusən də qan şəkəri aşağı olan insanlar üçün faydalıdır”.
Bundan əlavə, badamın müntəzəm qəbulu anemiyanın qarşısını alır. Bu təsir qozun tərkibində dəmir və hemoglobin istehsalına kömək edən vitaminlər olması ilə əlaqədardır.
Aygün Musayeva