Gündə 60 dəqiqədən artıq qulaqlıq təhlükəlidir ÜST dən XƏBƏRDARLIQ | Icma.az
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hazırda qulaqlıq, az qala hamının gündəlik istifadə etdiyi əşyaya çevrilib.
Amma bundan yanlış istifadə ciddi eşitmə problemi yarada bilər.Mütəxəssislər hesab edirlər ki, qulaqlıqdan istifadə zərərli olmasa da səs səviyyəsinin yüksək olması və uzun müddətli istifadə etmək eşitmə sinirlərinə ciddi zərər vurur.Bizim.Media xəbər verir ki, araşdırmalara görə, bu zədələr iç qulaqda yerləşən və özünü bərpa etməyən tük hüceyrələrinin məhvinə gətirib çıxarır ki, nəticədə qalıcı eşitmə itkisi yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər səhiyyə qurumları səsin maksimum 60 faiz gücündə, fasilələrlə və gündə 60 dəqiqədən çox olmayaraq istifadə edilməsini tövsiyə edir.
Xüsusilə, uşaqların qulaqları daha həssas olduğu üçün onlar səsi daha gur eşidə bilirlər.
Ona görə də uşaqlarda mənfi nəticələr daha tez baş verə bilər.Mütəxəssislər qulaqlıqdan istifadə zamanı məkana da diqqət edilməsi lazım olduğunu qeyd ediblər.
Belə ki, çox gurultulu yerlərdə qulaqlıqdan istifadə çox təhlükəlidir.
Başqasının qulaqlığından istifadə etməmək və gigiyenaya diqqət etmək önəmlidir.
Tam oxu
Xəbəri oxu