Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma vərdişləri və həddindən artıq stress kimi faktorlar həyatımıza olduğu kimi sağlamlığımıza da təsir edir.
Bu zaman diqqət edə biləcəyimiz ilk amil istehlak etdiyimiz qidalardır. Axşam.az xəbər verir ki, yeyib-içdiklərimizə diqqət etməliyik.
Bunun üçün qida rasionunuza mütləq alma daxil edin. Gündə 1 alma yeməyiniz mütləqdir.
Alma hər porsiyada çoxlu qida maddələri təmin edən meyvədir. 200 qram (q) orta ölçülü almada 104 kalori var. Tərkibində 28 qr.
karbohidrat, 5 qr. lif, C vitamini, kalium, E, B1 vitaminləri olan alma orqanizmi yeniləyir, zəhərli maddələrdən qoruyur.
Almalar həm də antioksidanların mühüm qrupu olan polifenolların zəngin mənbəyidir.
Bir almadan maksimum fayda əldə etmək üçün onu qabığı ilə birlikdə istehlak edin, çünki qabığında yarıdan çox lif və ən çox polifenol var.