Gündə bir qədəh qırmızı şərab qaraciyərə ciddi zərər verə bilər

31.10.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Amerikalı qastroenteroloq və hepatoloq Sauraubh Seti gündə bir qədəh qırmızı şərab içməyin real nəticələrini açıqlayıb.

Redaktor.az xəbər xəbər verir ki, mövzu ilə bağlı həkimin paylaşımına "Times of India" nəşri diqqət çəkib.

Setinin sözlərinə görə, uzun illər ərzində az miqdarda qırmızı şərabın sağlamlığa zərər vermədiyi, hətta ürək üçün faydalı olduğu düşünülüb. Lakin həkim bu fikrin yanlış olduğunu öz pasiyentlərindən birinin nümunəsində görüb - həmin şəxs illərlə hər gün bir qədəh şərab içib və nəticədə onda ağır qaraciyər fibrozu və sirroz inkişaf edib. Bu xəstəliklər orqan köçürülməsi və uzunmüddətli müalicə tələb edib.

Qastroenteroloq vurğulayıb ki, xüsusilə piylənmə ilə əlaqəli qaraciyər xəstəliyi olan insanlarda hər növ alkoqol orqana dağıdıcı təsir göstərir.

“Alkoqol növündən asılı olmayaraq, qaraciyərdə iltihab, piy yığılması və oksidləşdirici stress yaradır. Zamanla bu proseslər çapıq toxumasının əmələ gəlməsinə, fibroz və sonda sirroza gətirib çıxara bilər”, - deyə həkim xəbərdarlıq edib.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью