Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı dietoloq Daria Rusakova çörəyin arıqlama prosesindəki faydalarından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərini “Abzats” nəşri yayıb.
Mütəxəssisin sözlərinə görə, çörək mürəkkəb karbohidrat, bitki zülalı və lif mənbəyidir. Bu maddələr toxluq hissini uzadaraq gün ərzində daha az qida qəbul etməyə kömək edir.
Dietoloq qadınlara gündə 30-60 qram, kişilərə isə 100-120 qram çörək yeməyi tövsiyə edib.
Rusakova xüsusilə tam taxıllı, çovdar və kəpəkli çörəyə üstünlük verilməsini məsləhət görüb. Onun sözlərinə görə, bu çörəklər B vitaminləri, kalium və maqneziumla zəngindir, həmçinin daha aşağı qlikemik indeksə malikdir.
Qeyd edək ki, kəpəkli çörək lif mənbəyi kimi də qidalanmada mühüm yer tutur.
Murad İsmayıl