Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gündə 10 min addım atmağın sağlamlıq üçün mütləq olmadığı bildirilib.
Redaktor.az xəbər verir ki, kardioloq Denis Prokofyevin sözlərinə görə, sağlamlıq üçün gündə 6-7 min addım atmaq və 30 dəqiqə fiziki aktiv olmaq kifayətdir.
Həkim bildirib ki, gündə 10 min addım hədəfi ciddi tibbi tövsiyə deyil.
Onun sözlərinə görə, bu rəqəm Yaponiyada addımölçən cihazların satışını artırmaq məqsədilə ortaya çıxan marketinq yanaşmasıdır.
Kardioloq qeyd edib ki, fiziki aktivlik zamanı konkret addım sayından daha çox müntəzəmlik və ürək döyüntüsünə nəzarət vacibdir.
Həkim həmçinin bildirib ki, ürək döyüntüsünün maksimal həddi təxminən “220 minus yaş” düsturu ilə hesablanır. Onun sözlərinə görə, məşq zamanı bu göstəricinin aşılmasına yol vermək təhlükəli ola bilər.
Aytəkin TOFİQQIZI