Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərinin sağlamlıq üçün ciddi risklər daşıdığını ortaya qoyub.
Milli.Az xəbər verir ki, ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun apardığı 12 illik araşdırma gündəlik makiyaj edən qadınlar arasında böyüklərdə başlayan astma xəstəliyinin yayılma riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib.
Araşdırmaya 40 minə yaxın qadın cəlb olunub və nəticələr narahatlıq doğurur.
Məlum olub ki, dodaq boyası, ənlik, göz kölgəsi, saxta dırnaqlar və cuticle kremləri kimi məhsullardan həftədə 5 dəfə və daha çox istifadə edən qadınlarda astma riski 47%-ə qədər artır.
Bu məhsullarda olan bəzi kimyəvi maddələrin (paraben, ftalat, PFA və fenollar) immun və hormonal sistemlərə mənfi təsir göstərdiyi ehtimal olunur.
Mütəxəssislər məhsulların tərkibindəki Polifluoroalkil maddələr (PFA), ftalatlar, parabenlər və fenolların uzunmüddətli istifadədə tənəffüs sisteminə zərər verə biləcəyini bildirirlər.
Bu maddələr bədəndə toplanaraq xroniki astma simptomlarına yol aça bilər.