Gündəlik Tehran Bakı reysləri açıldı

06.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Gündəlik Tehran-Bakı reysləri açılıb.

Axar.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.

“Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb”, - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью