“Gündəmə qalmaqal ilə deyil sənətiniz gəlin” Mənsum İbrahimov

11.02.2025

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

“Gündəmə qalmaqal ilə deyil sənətiniz gəlin” - Mənsum İbrahimov

“Gündəmə qalmaqal ilə deyil sənətiniz və yaradıcılığınızla gəlin”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov qonaq olduğu “İncə səhər” verilişində deyib.

Xanəndə efirə qalmaqal və bayağı ifalarla çıxan şou əhlini tənqid edib:

“Müğənnilər gündəmə ailə - məişət mövzuları ilə gəlir. Bunlar isə iş deyil. Yaxşı yerə getmir. Efirdən bizə anamız, bacımız, uşaqlar baxır. Hər evdə uşaqlar yetişir. Ona görə də yaxşı şeyi təbliğ etmək lazımdır. Efir bir güzgüdür. Toylarda müğənnilər nə istəyirlər oxusunlar. Heç kimə yaradıcılığına qarışan adam deyiləm, qarışmaram da... Amma bunları efirdə etmək olmaz. Efirdə gəl keyfiyyətli mahnı oxu. Çünki efirdə nə təqdim edirsənsə onu da tamaşaçı qəbul edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью