Gündoğan azarkeşi olduğu İstanbul nəhənginə imza ata bilər

14.01.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan İstanbul nəhəngi ilə müqavilə imzalaya bilər.

Metbuat.az xəbər verir ki, "Qalatasaray"da futbolçunu transfer etmək üçün təklif göndərib. “The Sun”da yer alan xəbərə görə, "Qalatasaray"la İlkay Gündoğana iki illik müqavilə təklif edib. Transfer reallaşarsa futbolçu ildə 7,2 milyon funt-sterlinq məvacib alacaq. "Qalatasaray" azarkeşi olan futbolçu “Mançester Siti”də qalarsa, karyerasını yekunlaşdırandan sonra Pep Qvardiolanın texniki heyətində də yer ala bilər.

Xəbərdə "Qalatasaray" azarkeşi kimi böyüyən İlkay Gündoğan üçün çətin seçim olduğu da vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью