Gündoğan azarkeşi olduğu Türkiyə nəhəngi ilə razılaşdı

09.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan "Qalatasaray"la razılığa gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu Türkiyə nəhənginin rəsmiləri ilə görüşərək, razılıq əldə edib. "SporX"də dərc edilən xəbərə görə, İlkay Gündoğan "Qalatasaray"a transfer olmaq üçün məvacibində endirim edib. İddialara görə, tərəflər iki illik müqavilə barədə razılaşıblar.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"də 42 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. İlkay Gündoğan bundan əvvəlki açıqlamalarında "Qalatasaray" azarkeşi olduğunu açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью