Gündoğan azarkeşi olduğu Türkiyə nəhənginə gəlmək istəyir

06.02.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Siti” “Portu”dan ispan yarımmüdafiəçi Niko Qonzalesi transfer etdikdən sonra İlkay Gündoğanın komandadan gedəcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” klubunun futbolçunu transfer etmək üçün hərəkətə keçdiyi irəli sürülür. Türkiyə nəhənginin İlkay Gündoğanı transfer etməkdə israr etdiyi qeyd edilib. Xəbərdə deyilir ki, “Qalatasaray” daha əvvəl futbolçunu transfer etməyə cəhd etsə də, reallaşmayıb.

Qeyd edək ki, İlkay Gündoğan azarkeşi olduğu “Qalatasaray”da oynamaq istədiyini ifadə etmişdi. Futbolçunun “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Bu mövsüm 31 matçda forma geyinən İlkay Gündoğan 2 qolla yadda qalıb, 1 məhsuldar ötürmə edib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью