Gündoğan baş məşqçisindən üzr istədi

28.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qalatasaray"ın futbolçusu İlkay Gündoğanla baş məşqçi Okan Buruk arasında barışıq görüşü baş tutub.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi xanımı Sara Gündoğanın qalmaqallı bəyanatlarından sonra komandanın baş məşqçisi ilə əlaqə saxlayıb.

S.Gündoğan sosial şəbəkədə azarkeşlərin tənqidlərinə cavab verərkən "İlkayın niyə oynamadığını məndən yox, baş məşqçidən soruşun" cümləsini işlədib və futbolçunun "Qalatasaray"a gəlmək üçün böyük maaş güzəştinə getdiyini bildirib. Dominos pizza

Rezonansdan sonra İlkay Gündoğan Okan Burukla şəxsən görüşərək yaranmış narahatlığa görə üzr istəyib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью