Gündoğan “Mançester Siti”yə qayıda bilər

27.05.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan gələcəkdə “Mançester Siti”yə qayıda bilər.

İdman.Biz xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

35 yaşlı almaniyalı yarımmüdafiəçinin gələcəkdə “şəhərlilər”in məşqçilər korpusunda yer ala biləcəyi bildirilir. Gündoğan bu ehtimalı istisna etməyib:

“Bu mövzuda həyat yoldaşımla artıq zarafat etmişik, həmçinin klubdakı insanlarla da söhbətlər olub. Əlbəttə, belə ehtimal var. Bu, tamamilə mümkündür. “Mançester Siti”də futbolçu kimi hər şeyi əldə etmişəm, bəs niyə özümü başqa rolda da sınamayım?”

Qeyd edək ki, Gündoğan uzun illər “Mançester Siti”nin formasını geyinib və klubun heyətində bir sıra titullar qazanıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью