Gündoğan üçün 2 iddia

15.01.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə mediası "Qalatasaray"ın hazırda "Mançester Siti"də çıxış edən İlkay Gündoğanı transfer etmək istədiyinə dair yeni iddialar irəli sürülüb. Sport24.az xəbər verir ki, "The Sun" nəşri İstanbulun "Qalatasaray" klubunun yeni mövsümdə Gündoğanı yeni mövsümdə heyətinə cəlb etmək istədiyi yazıb.

Məlumata görə, türklər bunun üçün həftəyə 150 min sterlinq təklif edir. Bu, illik 7,2 milyon sterlinqdir.

Əgər transfer baş tutarsa, bu il 35 yaşı tamam olacaq oyunçu futbolçu karyerasını daha 2 il uzada bilər.

Lakin digər bir iddia da irəli sürülüb. Bildirilir ki, futbolçu hazırkı klubu "Mançester Siti"də qalarsa, bu zaman karyerasını başa vuraraq Xosep Qvardiolanın köməkçisi işləyə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью