Gündoğanla bağlı qərar verildi

26.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona”da yarımmüdafiəçi İlkay Gündoğanla yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb. Kataloniya klubu 33 yaşlı futbolçuya klubdan ayrılmaq istəyəcəyi halda, icazə verəcək.

İlkayın mümkün ayrılığı “Barselona”nı ciddi maaş yükündən xilas edəcək. Yarımmüdafiəçi hazırda klubda ən çox qazanan oyunçulardandır.

Gündoğan komandada 51 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью