Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gündüz tez-tez mürgüləyənlərdə və ya yarım saata qədər yatan yaşlılarda demensiya inkişaf riski arta bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu, “The Journals of Gerontology” jurnalında dərc edən yazıda əksini tapıb.
Tədqiqata “Medicare” proqramına qoşulmuş və təbbi dəsətk alan 65 yaş və yuxarı 990-dan çox insan qatılıb. 2013-cü ildə tədqiqatın əvvəlində onlarda demensiya olmayıb. Tədqiqatçılar iştirakçıları 10 ilə qədər izləyiblər.
Nəticələr göstərib ki, hər gün gündüzlər mürgüləyən insanların demensiya inkişaf riski nadir hallarda və ya heç mürgüləməyənlərə nisbətən 48% daha yüksəkdir. İstəmədən mürgüləmə riskin 39% artması deməkdir, 30 dəqiqədən çox olmayan mürgüləmə isə riski 40% artırır. Tədqiqatın aparıcı müəllifi, Con Hopkins Blumberq İctimai Səhiyyə Məktəbinin tədqiqatçısı Keninq Ciangın sözlərinə görə, gündüz yuxu vərdişlərinin monitorinqi demensiya riski artan yaşlı yetkinləri müəyyən etmək üçün əlverişli bir yol ola bilər.
Lakin tədqiqatçılar vurğulayırlar ki, tədqiqat gündüz yuxusu ilə demensiya arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Daha tez-tez yuxulama beyin dəyişikliklərinin səbəbi olmaya bilər, əksinə onların erkən əlamətlərindən biri ola bilər. İki istiqamətli əlaqə də mümkündür: bir tərəfdən gündüz yuxusu vərdişləri demensiya inkişaf riski ilə əlaqələndirilə, digər tərəfdən isə beyində başlayan dəyişikliklər oyaqlığı tənzimləyən sahələrə təsir göstərə bilər. Bu da gündüz yuxusunun artmasına səbəb olur.
Tədqiqatın baş müəllifi, Con Hopkins Blumberq İctimai Səhiyyə Məktəbinin Ruhi Sağlamlıq kafedrasının professoru Adam Spira qeyd edib ki, bu əlaqəni anlamaq üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin