Gündüz yuxusu təhlükəldir? Mütəxəssis AÇIQLADI

26.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gündüz yatmaq gecə yuxusunun keyfiyyətinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə yuxu təbabəti üzrə mütəxəssis Cin Van  "Women’s Health" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, gündüz yatmaq bəzən “yuxu təzyiqi” adlanan vəziyyət yaradır ki, bu da axşam saatlarında yuxuya getməyi çətinləşdirir. Van bildirib ki, xüsusilə gündüz yuxusu uzun çəkdikdə və ya müntəzəm vərdişə çevrildikdə, orqanizmin gecə istirahətinə olan ehtiyacı xeyli azalır.

Bu isə nəticədə gecə yuxusunun pozulmasına və insanın özünü gün ərzində halsız hiss etməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью