Icma.az, Yenisabah portalına istinadən məlumat verir. Günəbaxan yağını "omega-6" yağ turşularının yüksək tərkibinə görə çox vaxt faydalı məh
Lakin norma çərçivəsində istifadə zamanı bu məhsul tamamilə zərərsiz və hətta sağlamlıq üçün faydalıdır.
Yenisabah.az xəbər verir ki, bu barədə britaniyalı dietoloq Rob Hobson "Daily Mail" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, günəbaxan yağı məşhur kokos və zeytun yağlarına nisbətən daha az doymuş tərkiblidir.
Günəbaxan yağının bir porsiyasında təxminən 1.5 q doymuş yağ var, zeytun və kokos yağlarında isə bu göstərici daha yüksəkdir.
"Günəbaxan yağının tərkibindəki "omega-6"nın artıqlığı, kifayət qədər "omega-3" qəbul edilmədikdə həqiqətən orqanizmdə iltihabi proseslərə səbəb ola bilər.
Lakin bu məhsuldan tam imtina əsassızdır. Normal miqdarda günəbaxan yağı tamamilə zərərsizdir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yüksək yanma temperaturu (232°C) günəbaxan yağını qızartma üçün əla seçim edir.