Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Mətbəxdə ən çox istifadə olunan yağlardan biri günəbaxan yağıdır.
Demokrat.az xəbər verir ki, yüngül dadı və açıq rəngi ilə seçilən bu yağ günəbaxan tumlarından əldə edilir. Günəbaxan yağı sənaye şəraitində xüsusi avadanlıqlar vasitəsilə hazırlanır. İstehsal prosesində günəbaxan tumları emal edilir, sıxılır və müxtəlif mərhələlərdən keçirildikdən sonra yağ əldə olunur. Ev şəraitində günəbaxan tumlarından yağ əvəzinə günəbaxan əzməsi hazırlamaq mümkündür.
Bunun üçün 300-350 qram çiy və qabıqsız günəbaxan tumu kifayətdir. Tumların qabıqsız olması vacibdir.
İlk olaraq tumlar tavada az miqdarda qovrulur. Daha sonra blenderə və ya mətbəx robotuna əlavə edilərək üyüdülür. Tumlar çəkildikcə tərkibindəki təbii yağ ayrılmağa başlayır və qarışıq tədricən krem halına gəlir. Əzmənin üzərinə zövqə uyğun olaraq bir qədər duz və ya müxtəlif ədviyyatlar əlavə etmək olar. Hazır məhsul çörəyin üzərinə çəkilərək səhər yeməyində istehlak edilə bilər.
Qeyd edək ki, bu üsulla əldə edilən məhsul saf günəbaxan yağı deyil, günəbaxan tumu əzməsidir. Saf günəbaxan yağı əldə etmək üçün tumların preslənməsi, yağın ayrılması və sonrakı filtrasiya kimi xüsusi istehsal mərhələləri tələb olunur.
Günəbaxan yağı tərkibində doymamış yağ turşuları və E vitamini olan bitki mənşəli yağlardan biridir. Müəyyən miqdarda istifadə edildikdə balanslı qidalanmanın tərkib hissəsi ola bilər.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, yüngül dadı və açıq rəngi ilə seçilən bu yağ günəbaxan tumlarından əldə edilir. Günəbaxan yağı sənaye şəraitində xüsusi avadanlıqlar vasitəsilə hazırlanır. İstehsal prosesində günəbaxan tumları emal edilir, sıxılır və müxtəlif mərhələlərdən keçirildikdən sonra yağ əldə olunur. Ev şəraitində günəbaxan tumlarından yağ əvəzinə günəbaxan əzməsi hazırlamaq mümkündür.