Günel 33 il əvvəl Video

06.08.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Günel Zeynalova sosial media hesabında arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi paylaşımında 1993-cü ilə aid videonu yayımlayaraq həmin kadrlarda “Şuşanın dağları” mahnısını ifa etdiyini bildirib.

Günel paylaşımına “1993-cü il. Mahir əminin kamerasından. “Şuşanın dağları”nı oxumağımdan illər keçib. 2026-cı il tonu necədir?” sözlərini yazıb.

İfaçı daha sonra Şuşanın azad olunmasına da toxunaraq bunları əlavə edib:

“Şuşamın dağları bir vaxtlar xəyallarda idi, amma artıq həyatımızda, ayaq basdığımız torpaqlarımızdır. Çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью