Günel Abdiyeva vəzifəsindən azad olunub

25.11.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Naxçıvan Perinatal Mərkəzinin direktoru vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad olunub.

Onun vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi yol verilən nöqsanlar və vətəndaşların çoxsayılı şikayətləri ilə bağlı olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью