Günel Anarqızı: Atamın əsərlərini tam öyrənməyə vaxtım olmayıb

01.03.2025

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mən atamın kitabları ilə tərbiyə almışam, onun bütün bədii əsərlərini, eləcə də jurnalistikasının əhəmiyyətli hissəsini oxumuşam. Deyə bilmərəm ki, atamın yaradıcılığını hərtərəfli bilirəm – onun çoxlu esseləri var ki, hələ tam öyrənməyə vaxtım olmayıb. Bu, xüsusilə onun publisistik əsərlərinə aiddir, çünki o, təkcə görkəmli yazıçı deyil, həm də istedadlı publisistdir".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anarın qızı Günel Anarqızı Vesti-yə müsahibəsində deyib.

Onun dediyinə görə, uşaq vaxtı evlərinə həmişə görkəmli incəsənət adamları qonaq gəlib:

"Evimiz həmişə qonaqlı-qaralı olurdu. Bizim məşhur və görkəmli musiqiçilərimiz, rəssamlarımız, yazıçılarımız, şairlərimiz, heykəltəraşlarımız – bütöv bir nəslin dünyagörüşünü formalaşdıran insanlar olub. Amma uşaqlıqda mən onları, sadəcə, valideynlərimin dostları kimi qəbul edirdim. İndi başa düşürəm ki, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əsas rol oynamış şəxsiyyətlər olub".

APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO - FOTO İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi? "Kiçik bir istək" filminin davamı çəkiləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью