Günel Bədəlova: “Beynəlxalq mövsümü Şahdağda açmaqdan məmnunuq” İdman və Biz

10.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Beynəlxalq mövsümü Şahdağda açmaqdan məmnunuq”.

İdman.biz xəbər verir ki, bunu Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

O, bu gün “Şahdağ” Turizm Mərkəzində başlayan xizək alpinizmi üzrə Dünya kubokunun əhəmiyyətindən bəhs edib: “Burada 26 ölkədən 130 atlet xizək alpinizminin bir neçə növü üzrə yarışacaq. Dünya kubokuna maraq kifayət qədər yüksəkdir. “Şahdağ”ın beynəlxalq təqvimin bir hissəsinə çevrilməsi bizim üçün çox xoşdur”.

Baş katibin sözlərinə görə, yaxın illərdə Avropa çempionatının Şahdağda keçirilməsi üçün ərizənin verilməsi imkanları nəzərdən keçirilir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью