Günel Natiqin yeni kitabı çap olundu

22.04.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Yazıçı Günel Natiqin "Gözəl günlər naminə" adlı kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, bu kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələr toplanıb.

Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.

Kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da "Qanun" nəşriyyatında baş tutacaq. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir.

Giriş sərbəstdir.

10 gündür komada olan reper vəfat etdi Məşhur heykəltəraş vəfat edib Gənc rəssamın “Mif” adlı sərgisi keçiriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью