Milli.az saytına istinadən Icma.az xəbər verir. "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə He
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində baş hüquq inzibatçısı və digər r
O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir.
2006-cı ildən etibarən "Unibank" Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub.
2022-25-ci illərdə "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür.
Bundan əlavə, holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.
Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülüb.