Günel pis enerjidən bu yolla qorunur Video

21.08.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi saçlarını mənfi enerjidən qorumaq üçün hördüyünü bildirib.

“Saçı mənfi enerjidən, enerjini vampir kimi çəkən insanlardan qorunmaq üçün hörmək lazımdır. Qızlara da tövsiyə edirəm ki, saçlarını bir az da olsa hörsünlər. Bu, sizi pis enerjidən qoruyur.

Nənələr də deyir ki, saçı hörəndə uzanır. Amma mən uzun müddətdir ki, hörürəm, uzanmır” deyə, Günel bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью