Günel Rza Zərrabla Ebru Gündeşdən danışdı: Cəzasını daha tez vaxtda çəkir

28.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Müğənni Günel Zeynalova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, iş adamı olan keçmiş nişanlısı Rza Zərrab və Ebru Gündeşdən danışıb.

"İnsanı bağışlamaq çox gözəl şeydir. Bağışlamayanda yükü çiyinlərimdə daşımış kimi hiss edirəm. Özümə niyə əziyyət verim? Əksinə, bağışlayanda qarşı tərəf yanlışının cəzasını daha tez vaxtda çəkir. Nə köhnə nişanlım, nə də Ebru Gündeşlə  bağlı heç bir problemim yoxdur. Demək ki, yaşanmalı idi, oldu və bitdi. Allah məni sevib ki, ayırıb.

2-3 il öncə Şəmkirdə Ebru ilə bizi eyni toy məclisinə dəvət etmişdilər. Mənim üçün problem olmayacağını bildirdim. Ancaq başqa heç kim olmaması tələbini irəli sürmüşdü. Nə isə o toyu da yola verdik. Hər şey bitib, yoluna bax da...".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью