Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Günel Zeynalova (Azəri qızı Günel) sosial şəbəkələrdə ünvanına yönələn xoşagəlməz ifadələrə kəskin etirazını bildirib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı ona "qaçqın Günel" yazaraq alçaltmağa çalışan izləyicilərini sərt şəkildə qınayır:
“Gerizəkalı insanlar mənə "qaçqın" deyir. Əgər bu sözlə məni alçaltmaq istəyirsinizsə, bəli, mən Ağdamdan gəlmişəm, məcburi köçkünəm. Amma mənim yurdumdan didərgin düşməyim sizin düşündüyünüz o "qaçmaq"dan deyil. Öz keçmişinizə və insanların ağrılarına hörmətlə yanaşmağı öyrənin”. pizza sifarişi
Cəlalə Cəlalqızı