Günəş azaldıqca depressiya artır: Bu əlamətlər həftələrlə davam edə bilər | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Payız və qış aylarının yaxınlaşması ilə günlərin qısalması, havanın tez qaralması və günəş işığının azalması bir çox insanda əhval dəyişikliklərinə səbəb olur.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyətin adı mövsümi depressiya və ya mövsümi duyğudurum pozuntusudur.
Cəmiyyətdə düşündüyümüzdən daha geniş yayılmış bu problem insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər.
Psixiatr, uzman doktor Serap Kaya bildirib ki, mövsümi depressiya mövsüm dəyişiklikləri ilə ortaya çıxan bir depressiya növüdür.
O qeyd edib ki, bu hal daha çox payız və qış aylarında müşahidə olunur: "Günəş işığının azalması, havaların soyuması və günlərin qısalması beyindəki serotonin və melatonin hormonlarını təsir edərək depressiyanı tətikləyə bilər".
Əlamətlər uzun sürərsə diqqətli olunmalıdır İstək itkisi, ruh düşkünlüyü, həyatdan zövq almama, yuxu və iştaha dəyişiklikləri, enerjinin azalması və diqqət toplamaqda çətinlik ən çox rast gəlinən əlamətlərdəndir.
Serap bildirib ki, adi yorğunluq bir neçə gün ərzində keçsə də, mövsümi depressiyada bu əlamətlər həftələrlə davam edə bilər və şəxsin iş, məktəb və ya ailə həyatını mənfi təsirləyə bilər.
Tam oxu
Xəbəri oxu