Günəş, günəbaxanlar və nostalji: Sivvanın yeni klipi │ VİDEO

17.08.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klipin çəkiliş məkanı olaraq İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki günəbaxan sahələri seçilib. Mahnının enerjisi, pozitiv ruhu və klipdəki günəbaxanlar əsl yay atmosferini hiss etdirir.

Klipdə məşhur “Bəyin oğurlanması” filmindəki traktorçu və kəndə gələn qızların epizodundan istifadə olunub. Tanış kino kadrlarının müasir musiqi klipinə daxil edilməsi layihəyə həm nostalji, həm də fərqli yaradıcı məna qazandırıb. Klipdə isə traktorçu obrazında Sivvanın həyat yoldaşı, aparıcı və “Kənd adamı” vloglarının müəllifi Ruslan Zeynal rol alıb.

Sponsor “Prior Leasing” tərəfindən təqdim olunan “New Holland” traktorla günəbaxan sahəsindəki gəzintilər, həmçinin Sivva və “kənd adamı”nın maraqlı tandemi klipdə rəngarəng və dinamik atmosfer yaradıb.
“Mən günəşəm” ekran işinin rejissoru Röyal Səfərov (Eresmoon), qrim üzrə rəssam Şəhla Qasımovadır. Geyimlər və stil Hüseyn İrzayevə məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью