Günəş nə vaxt sönəcək? Yerdə həyat necə sona çatacaq? | Icma.az
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kaliforniya Universitetinin astrofiziki Keminq Çjanqın rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Günəşin sönməsi ilə Yerdəki həyatın yoxa çıxa biləcəyini bildirib.
Onlar Yerin gələcək taleyini xatırladan ekzoplanet kəşf ediblər.
O, Süd Yolundan 4 min işıq ili uzaqlıqda yerləşir və ölçüsünə görə Yerlə müqayisə edilə bilər.
“Nature Astronomy” jurnalında dərc olunan materialda qeyd olunur ki, alimlər Kek Rəsədxanasında (Havay) apardıqları müşahidələr vasitəsilə ekzoplaneti daha ətraflı tədqiq ediblər.
Məlum olub ki, bir vaxtlar bu planetdə həyat üçün əlverişli şərait olub, lakin sonradan onun öz “Günəşi” sönərək qırmızı nəhəng kütləyə – ağ “cırtdana” çevrilib.
Tədqiqat materialında qeyd olunur ki, ekzoplanetin özü yerindən tərpənmiş kimi görünür və indi Yerin orbitindən iki dəfə böyük orbitdə yerləşir.
O, “xilas olub”, lakin tutqun ağ cırtdanın “yaşayış zonasından” xeyli uzaqda yerləşir.
Tam oxu
Xəbəri oxu