Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Astronomlar həyəcan təbili çalırlar - yaxın günlərdə və həftələrdə Yeri güclü gün
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Independent" nəşri yazıb.
Məlumata görə, Günəşin aktiv hissəsi planetimizə doğru çevrilib ki, bu da parlaq qütb parıltısına və enerji sistemlərində pozulmalara gətirib çıxara bilər.
NASA-nın rəsədxanası yeni günəş ləkələri bölgəsindən olan və X2.7 kimi təsnif edilən 2025-ci ilin ən güclü partlayışını qeydə alıb.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, partlayış artıq Yaxın Şərqdə elektrik enerjisinin kəsilməsinə səbəb olub və radio rabitəsini 10 dəqiqəlik pozub.
Hazırda Günəş 11 illik aktivlik siklinin pikindədir və bu, Günəş maksimumu kimi tanınır.
Maqnit qütblərinin dəyişməsi səbəbindən ulduz qeyri-sabit olur, partlayışlar və tac kütləsinin atılmasına gətirib çıxarır.
Bu hallar radio rabitəsi, elektrik şəbəkələri, naviqasiya və kosmik aparatların təhlükəsizliyi üçün təhdid yarada bilər.