Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər Kuiper qurşağından gələn tozda su izləri tapıblar.
Bakıvaxtı.az "Science Advances" jurnalına istinadən xəbər verir ki, tədqiqata NASA-dan Lindsi Keller rəhbərlik edib.
Alimlər Yerin yuxarı qatından 12 toz dənəsi götürüb yoxlayıblar. Bu tozlar xüsusi təyyarələrlə toplanıb.
Araşdırma göstərib ki, bu toz uzun müddət kosmosda qalıb və Neptundan da uzaqdan - Kuiper qurşağından gəlib. Tozun içində gil tapılıb. Gil suda yaranır. Bu da orada vaxtilə su olduğunu göstərir.
Alimlər hesab edirlər ki, bu, Günəş sisteminin kənarında təcrid olunmuş qədim buz anbarının izidir.
Gülşən Şərif