Günəş şüaları altında satılan qida məhsulları hansı təhlükələrə yol açır? MÜNASİBƏT BİLDİR…
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qida məhsullarının təhlükəsizliyi onların tərkibindən yanaşı, saxlanma şəraitindən də birbaşa asılıdır.
Xüsusilə yay mövsümünün gəlməsi ilə bu məsələ daha da aktual xarakter alır".
Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Müxtəlif növ qida məhsulları – istər süd məhsulları, souslar, şirələr və ya yarımfabrikatlar – fərqli temperatur rejimləri və saxlanma standartları tələb edir.
Qida məhsullarının xüsusilə plastik qablarda saxlanması zamanı müəyyən təhlükələr ortaya çıxır.
Belə ki, plastik materialların tərkibində olan bisfenol A (BPA) maddəsi yüksək temperaturun təsiri altında qidaya və ya suya keçə bilər.
Bu maddə insan orqanizmində hormonal balansın pozulmasına, uzunmüddətli təsirdə isə xərçəng riskinin artmasına səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu