Günəşdə 17 dəqiqə partlayış olub

25.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Mayın 25-də Günəşdə ən yüksək güc sinfinə (X) aid partlayış qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 25-də Moskva vaxtı ilə saat 04:52-də (Bakı vaxtı ilə 05:52-də - red.) 4098 (S05W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.1 kateqoriyalı partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti kateqoriyaya keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью