Günəşdə ard arda 4 partlama olub Nələr gözlənilir?

04.02.2026

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün əvvəl Günəşdə ardıcıl 4 dəfə partlayış olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NOAA Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, Yer kürəsinə öz təsirinin yaxın günlərdə göstərəcək: "Proses 1 fevralda UTC saatı ilə 12:33-də X1.0 böyüklüyündə partlayışla başlayıb. Bundan təxminən 11 saat sonra - saat 23:37-də X8.1 böyüklüyündə daha bir nəhəng partlayış olub. Proses səhəri də davam edir. Fevralın 2-də X2.8 və X1.6 böyüklüyündə daha iki partlayış qeydə alınıb".

Məlumat üçün bildirək ki, "X-sinif" kimi təsnif edilən partlayışlar Günəşin yarada biləcəyi ən güclü sinif hesab olunur. Son X8.1 partlayışı 2024-cü ilin oktyabr ayından bəri qeydə alınan ən güclü partlayışdır: "Bu, indiyə qədər qeydə alınmış 19-cu ən güclü partlayışdır. Bütün bu partlayışlar Günəş səthində yeni yaranmış "RGN 4366" adlanan günəş ləkələri qrupundan qaynaqlanıb. Bu qrupun Yerə baxması yaxın günlərdə yüksək enerjili hissəcik hadisələrinin və Koronal Kütlə Atılmalarının (KKT) ehtimalını artırır. Təbii ki, bunun Yerə mümkün təsirlər var. Unutmayaq ki, Koronal Kütlə Atılmaları Günəşdən atılan nəhəng plazma buludlarıdır. Bu buludlar Yerin maqnit sahəsi ilə təmasa keçərək iki əsas nəticəyə səbəb ola bilər:

1. Səmada gözoxşayan qütb parıltıları yaradır;

2. Texnoloji risklər: peyk əməliyyatlarını poza, elektrik şəbəkələrində dalğalanmalara səbəb ola və rabitə texnologiyalarını kəsə bilər".

Məlumatda deyilir ki, Günəş 11 illik dövrünün ən aktiv mərhələsini keçsə də, alimlər bu cür həyəcanverici hadisələrin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.

Lamiyə Əhmədli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью