Günəşdə ardıcıl partlayışlar: Alimlər son aktivliyi açıqladı

02.07.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Günəşdə iyulun 2-də M sinfinə aid üç güclü alışma (partlayış) müşahidə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 03:09-da 4478 nömrəli Günəş ləkəsi qrupunda 16 dəqiqə davam edən M8.5 gücündə partlayış qeydə alınıb. Daha sonra saat 04:02-də həmin qrupda 29 dəqiqə davam edən M1.1, saat 05:56-da isə 4479 nömrəli Günəş ləkəsi qrupunda 27 dəqiqə davam edən M4.2 gücündə alışma baş verib.

Məlumata əsasən, iyulun 1-də Günəşdə baş verən güclü partlayışların ümumi sayı 10-a çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью