Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb.
AZXEBER.COM "TASS"a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilib ki, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:49-da 4578 ləkələr qrupunda (S11W66) rentgen diapazonunda M1.1 sinfinə aid, 14 dəqiqə davam edən alışma qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Günəşdə qısa fasilədən sonra zəif alışmaların yenidən başladığı bildirilmişdi.