Günəşdə güclü alovlanma olub

06.10.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Oktyabrın 6-na keçən gecə Günəşdə sonuncu intensivlik sinfi olan M-ə yaxın Günəş partlayışı qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat verib.
"5 oktyabr tarixində Moskva vaxtı ilə saat 21:48-də 4545 (N19E10) günəş ləkəsi qrupundakı rentgen diapazonunda 30 dəqiqə davam edən M1.1 alovlanması baş verib. Bu sinif günəş partlayışı sonuncu dəfə sentyabrın 5-də qeydə alınıb",-deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Günəş alovlanmaları yaydıqları rentgen şüalanma gücünə əsasən beş sinfə bölünür. A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlanmalar günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb olur.
Arzu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью