Günəşdə güclü partlayış baş verdi

08.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhər saatlarında Günəşdə güclü partlayış qeydə alınıb. Bu, iyul ayı üçün indiyədək ən güclü partlayış olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyulun 8-də Moskva vaxtı ilə saat 07:17-də rentgen diapazonunda 52 dəqiqə davam edən M2.5 (N19E88) partlayış qeydə alınıb", - deyə institutdan bildirilib.

Sonuncu dəfə güclü partlayışlar iyunun 20-də qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью