Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 4-də səhər saatlarında Günəşdə M sinfinə aid alışma qeydə alınıb.
Bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Sentyabrın 4-də Moskva vaxtı ilə saat 10:53-də (Bakı vaxtı ilə 11:53-də) rentgen diapazonunda 4524 nömrəli ləkələr qrupunda (N11E74) 27 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb".
Qeyd edək ki, Günəş alışmaları və ya partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)