Günəşdə güclü partlayış olub Maqnit qasırğaları gözlənilir

29.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Dekabrın 29-da səhər saatlarında Günəşdə güclü partlayış olub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun yetkilisi Sergey Boqaçov bildirib.

Onun sözlərinə görə, təxminən bir həftədir ki, günəş aktivliyində artım qeydə alınıb. Bu müddət ərzində günəş alovlarının sayı iki dəfə artıb, onların gücü X səviyyəsinə yüksəlib.

Boqaçov qeyd edib ki, dekabrın 31-dən yanvarın 1-dək Yer kürəsini maqnit qasırğaları vura bilər.

Azpost.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью