Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, Günəş partlayışı aktivliyindəki fasilə noyabrın 20-də günorta saatlarında başlayıb. Yalnız noyabrın 28-də C1.6 sinifli hadisə qeydə alınıb ki, bu da Günəşin zəif aktivlik səviyyəsinə uyğundur.
Qeyd edilir ki, Günəş aktivliyindəki fasilə təxminən 171 saat davam edib və 2021-ci ilin sonundan bəri belə uzun fasilələr müşahidə edilməmişdi. Həmin dövrdə, noyabrın 13-dən dekabrın 4-ə qədər, 500 saat ərzində C və ya daha yüksək sinifli partlayışlar qeydə alınmamışdı.