Günəşdə partlayışların sayı artacaq Alimlərdən XƏBƏRDARLIQ

03.11.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Günəşdə partlayış aktivliyi bazar ertəsi, noyabrın 3-də artmağa davam edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası Laboratoriyası məlumat yayıb.

Qeyd olunur ki, epizodik geomaqnit dəyişikliyi mümkündür, partlayış aktivliyinin daha da artması gözlənilir.

Mütəxəssislərin məlumatına görə, ötən sutka ərzində geomaqnit vəziyyət sakit olub, partlayış aktivliyi isə mülayim yüksək səviyyədə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью