Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Günəşdə son iki gündə 35-dən çox partlayış qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, qeydə alınan partlayışlardan 18-i ötən gün baş verib və onlar C sinfi ilə daha yüksək kateqoriyaya aiddir. Alimlərin sözlərinə görə, bunlar orta və güclü hadisələr hesab olunur.
Laboratoriyanın məlumatına görə, hesabat hazırlanarkən günün ilk 12 saatında daha 17 partlayış qeydə alınıb.
Astrofiziklər proqnozlaşdırırlar ki, aktivliyin bu tempdə davam edəcəyi təqdirdə noyabrın 7-nin sonunadək Günəşdə qeydə alınan alovlanmaların ümumi sayı 40-50-yə çatacaq.