Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçev Günəşdə güclü alışma baş verib, lakin bu, Yer üçün təhlükə yaratmır.
Günəşdə ən yüksək X bal gücündə məşəl qeydə alınıb. Səviyyə X1.1.
Boqaçev əlavə edib ki, bu sinfə aid hadisələr bir aydan artıqdır müşahidə olunmayıb və maksimum gücün sonuncu alovlanması fevralın 23-də qeydə alınıb.
Mütəxəssis aydınlaşdırıb ki, partlayış Günəşin şərq kənarında baş verib, lakin ilkin məlumatlara görə, bu hadisə Yer üçün təhlükə yaratmır.
Martın 11-də Günəşdə mülayim M1.1 alışması baş verib.
DOĞRU.AZ