Günəşdə yenidən güclü partlayış qeydə alınıb

09.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

İyulun 9-da səhər saatlarında Günəşdə güclə sondan əvvəlki sinfə - M sinfinə aid partlayış qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildirilib.

"İyulun 9-da Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə saat 06:27) rentgen diapazonunda 12 dəqiqə davam edən M1.1 sinifli partlayış qeydə alınıb".

Həmçinin qeyd edilib ki, iyulun 8-də çərşənbə günü daha bir şiddətli - M1.5 dərəcəli partlayış faktı da təsdiqini tapıb.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasında və REA Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunda bildirilmişdi ki, 2026-cı ildə müşahidə olunan ən güclü aktivlik sıçrayışlarından biri - iyunun sonundan iyulun əvvəlinə qədər davam edən sıçrayış - iki ən böyük aktiv sahənin - 4478 və 4479-un Günəşin əks tərəfinə keçməsindən sonra başa çatıb. /oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью